Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki,  Voleybol Mərkəzində baş tutan görüşdə “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. 
Matçın qalibi 3 setdə müəyyən olunub. Qarşılaşmaya daha yaxşı başlayan “AZERRAIL”üstünlüyünü sonadək qoruyub və quru hesabla qələbə qazanıb - 3:0 (25:22, 25:23, 31:29).
Qeyd edək ki, turnir cədvəlinə 6 xalla “AZERRAIL” liderlik edir. “Neftçi” və “Murov Az Terminal” hərəyə 3 xalla ikinci, üçüncü yerləri bölüşürlər. Keçirdiyi hər iki matçda məğlub olan MOİK-in xalı yoxdur. “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları isə hələki çempionatda oyun keçirməyiblər.
23 noyabr
Yüksək Liqa 
“AZERRAIL” - “Murov Az Terminal” 3:0 (25:22, 25:23, 31:29)