Son çempion yarımfinalın ilk oyununda qələbə qazandı
- 2024-04-17 12:15
- 177
Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, raundun ilk oyunları Bakı Tennis Akademiyasında keçirilib.
“Zirə”ni mübarizədən kənarlaşdıran “Aznur” “Real Bakı” ilə ilk görüşündə bərabərə qalıb - 2:2. Son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”nun qapısından 2 cavabsız top keçirib.
Cavab qarşılaşmaları aprelin 20-də gerçəkləşəcək.