AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Rekord.az xəbər verir ki, iclasda Birinci Divizionun 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Kəpəz” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Qarabağ-2” matçında “Qarabağ-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

MOİK – “Səbail-2” matçı “Səbail-2”nin səhlənkarlığı ucbatından 10 dəqiqə gec başladığı üçün klub 80 manat cərimə olunub. MOİK komandası oyunun video çəkilişini aparmadığına görə 80 manat cərimə olunub.