Voleybolçu qadınlardan ibarət "Azərreyl" klubunun avrokubokdakı rəqibi bəlli olub. "Rekord.az" xəbər verir ki, Bakı təmsilçisi "Challenge Cup"da mübarizəyə 1/32 finalda başayacaq.

Son ölkə çempionatının qalibinin bu turdakı rəqibi Ukraynanın "SC Balta" klubu olub. Komandaların ilk görüşə təmsilçimiz, cavab matçına isə rəqib ev sahibliyi edəcək.

Birinci oyun 10-12 oktyabr, ikinci matç isə 17-19 oktyabr tarixlərində keçiriləcək.