Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyinin təsnifatında növbəti oyununu sabah Bakıda keçirəcək. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız son ev oyununda Sloveniya kollektivini qonaq edəcək.

Qitə birinciliyinin final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etmək baxımından mühüm olan qarşılaşmanın əsas ədalət təmsilçisi Türkiyədən Yavuz Akdemirdir. Serbiyalı Stanislava Simic isə qörüşün ikinci hakimidir.

Qeyd edək ki, oyun Voleybol Mərkəzində keçiriləcək və 18:00-da başlanacaq.