
Son mövsümün ən yaxşı futbolçusu ilə yeni müqavilə
- 23 İyn 2022 19:30
- 462
Almaniyanın “Leypsiq” klubu yarımmüdafiəçisi Kristofer Nkunku ilə müqavilənin müddətini uzadıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı fransalı ilə yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-na kimi hesablanıb.
24 yaşlı Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.