Son turun ən yaxşısı “Keşlə”li oldu
- 04 Fev 2020 19:40
- 750
Azərbaycan Premyer Liqasında 15-ci turun ən yaxşı futbolçusu məlum olub.
Rekord.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, “Keşlə”nin müdafiəçisi Miyusko Boyoviçdi. “InStat Sport”un təhlilinə əsasən, oyoviç 319 göstərici ilə rəqiblərini üstələyib.
Monteneqrolu futbolçu “Qəbələ”yə qarşı görüşü (2:1) əvəz edilmədən keçirib və bir qolla yadda qalıb.