Son turun ən yaxşısı “Qəbələ”dən oldu
- 2020-03-11 17:40
- 564
Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 20-ci turunun ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, bu, “Qəbələ”nin yarımmüdafiəçisi Nikolas Rayseldi.
Fransız futbolçu “Sumqayıt”a qarşı görüşdə (5:0) 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.