Azərbaycan millisinin və “Ersgebirge” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov açıqlama verib.

Rekord.az xəbər verir ki, “Bild” nəşrinə danışan 30 yaşlı futbolçu sosial şəbəkələrdən az istifadə etdiyini deyib:

“Sosial şəbəkələrə ehtiyacı olmayan adamlardan biriyəm. Hər zaman telefonla əylənmir, nəsə yazmır, göndərmir və başqalarının işinə qarışmıram. Qurdalanmaq mənim işim deyil. Bu baxımdan, bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəsə öyrənmək istəsəniz, nömrəm sizdə var”.

Nazarov komandasının məşqlərə başlaması və koronavirusla bağlı da fikirlərini bildirib:

“Arıtq məşqlərə başlamışıq və ondan sonra evdə duş alırıq. Əsas diqqətimizi driblinq etməyə və qol vurmağa yönəldirik. Məşqlərdə 3 nəfərdən ibarət qruplara bölünürük. Bəzi komanda yoldaşlarımı 2-3 gün görmürəm. Yenidən birlikdə məşq edə biləcəyimizi ümid edirəm.

Məhdudiyyətlər hamı üçün radikal dəyişikliyə səbəb oldu. Deyilənlərə mütləq əməl etməliyik. Sosial məsafəni qoruyun və əllərinizi tez-tez yuyun. Mənə hər zaman kiçik şeylər lazım olurdu. Ancaq indi maşın almalıyam. Hər kəs qaydalara əməl etsə, böhranın öhdəsindən gələrik”.