Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan Şotlandiya - Macarıstan matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, macarların heyətində Roland Şallai qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 27 yaşlı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirib.