Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.

Rekord.az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qarşılaşmada hesabı şotlandlar açıblar. 13-cü dəqiqədə Skott Matkominey fərqlənib. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.

A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.

AÇ-2024
A qrupu

19 iyun

Şotlandiya - İsveçrə 1:1
Qollar: Skott Maktominey, 13 – Cerdan Şaqiri, 26.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Köln, “Reyn Energi” stadionu.

Xal: Almaniya - 6. İsveçrə - 4. Şotlandiya - 1. Macarıstan - 0.