“Spartak” Ayaz Quliyevin yoxluğunda xal itirdi
- 25 Noy 2019 11:40
- 855
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ural”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ayaz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Spartak” 17 turdan sonra 22 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.