İtaliya millisinin zədəli futbolçusu Leonardo Spinazzola Londona yollanıb.

Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, o, sabah Avro-2020-nin finalında İtaliya - İngiltərə matçını izləyəcək. 28 yaşlı müdafiəçi komandasına dəstək olmaq üçün belə bir addım atıb.

Qeyd edək ki, sözügedən görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.