Sponsor söz verdi, "Göyəzən" qarşısına bu hədəfi qoydu
- 25 Okt 2023 15:00
- 472
Yeni mövsümdən "Region Liqası"nda mübarizə aparacaq "Göyəzən"in hədəfi məlum olub.
Rekord.az xəbər verir ki, Qazax təmsilçisi 1-ci pilləni tutub II liqaya yüksəlməyi qarşısına hədəf qoyub.
Komandanın sponsoru olan "Turanbank" "Region Liqası" səviyyəsində komandaya yaxşı maliyyə ayrılacağına söz verib. Komanda II liqaya vəsiqə qazana bilsə, büdcə daha da artırılacaq.