II Liqa təmsilçisi Qusar "Şahdağ"ı qış fasiləsini ölkə xaricində keçə bilər.

Rekord.az-a daxil olan məlumata görə, sponsor komandanı Türkiyəyə təlim-məşq toplanışına göndərmək istəyir.

Daha doğrusu, məşqçilər korpusuna deyilib ki, əgər istəsələr bunun üçün maliyyə ayrıla bilər. Hətta Gürcüstan variantı da mümkündür. Məsələ ilə yekun qərarı baş məşqçi Bəhram Şahquliyev verəcək.