Stadion SOCAR-dan alınır, "Kapital Bank"la əməkdaşlıq necə olacaq?
- 05 Fev 2021 15:00
- 1027
May ayında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu tam olaraq yenidən qurulub istifadəyə veriləcək.
Rekord.az xəbər verir ki, bundan sonra “Sumqayıt” da ev oyunlarını “Kapital Bank Arena”da yox, şəhərin əsas arenasında keçirəcək.
“Kapital Bank Arena” isə SOCAR-ın balansından çıxardılaraq Mehdi Hüseynzadə adına stadionun tərkibinə qaytarılacaq və ehtiyat meydança, baza rolunu oynayacaq. Sual doğuran məsələ klubla “Kapital Bank” arasındakı əməkdaşlığın taleyidir. Bizə çatan məlumata görə, sözügedən proseslər bu əməkdaşlığa mane olmayacaq və "Kapital Bank”ın adı hazırkı ərazidə qalacaq. Yəni “Sumqayıt”ın bazası bankın adını daşımaqda davam edəcək. Necə ki, “Neftçi”nin bazası Türk Hava Yollarının adını daşıyır.