Azərbayan U-21 - İsveçrə U-21 matçı zamanı "Kapital Bank Arena"da  baş verən yanğın olayı "Sumqayıt" klubu üçün problem yarada bilər.

 

Rekord.az xəbər verir ki hələlik oyunun UEFA nümayəndəsinin bu olayla bağlı hansı raport yazacağı məlum deyil.

 

Əgər protokolda bu məsələ xüsusi qabardılsa o zaman "Sumqayıt" avrokuboklara çıxacağı halda UEFA bu komandaya ev oyunlarını "Kapital Bank Arena"da keçirməyə icazə verməyə bilər. UEFA-nın bu məsələyə hansı dərəcədə reaksiya verəcəyi yaxın 1 həftədə məlum olacaq.