Stadionların 80 faizi hazırdı - DÇ-2022-yə
- 22 May 2020 11:20
- 765
DÇ-2022-yə ev sahibliyi edəcək Qətər mundialın təşkil olunacağı arenalarla bağlı işlərin 80 faizinin tamamlandığını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Qətərin hökumət nümayəndəsi Hasan ez-Zuvadi məlumat verib.
O, koronavirus pandemiyasına görə son aylarda işlərin zəiflədiyini də etiraf edib:
“Dünya çempionatının oyunlarına ev sahibliyi edəcək stadionların 80 faizindən çoxu mundiala 2 il qalmış hazırdı. Koronavirus pandemiyası ilə əlaqədar son aylarda işlər bir qədər səngisə də, yenə bol vaxtımız var”.
Qeyd edək ki, DÇ-2022 21 noyabr-18 dekabr aralığında keçiriləcək.