Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Rekord.az xəbər verir ki, 35 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.

Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) Stadnik Paris-2024-ə vəsiqə əldə edib.

Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yarışın ilk günündə lisenziyaya sahib çıxıblar.