Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.

Rekord.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Mariya Stadnik startda Rumıniya güləşçisini tam üstünlüklə məğlub edib. 1/4 finalda ABŞ təmsilçisi qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Stadnik ənənəsinə sadiq qalaraq rusiyalı rəqibini də ilk hissədə xalçadan məyus yola salaraq adını finala yazdırıb. Həlledici görüşdə ukraynalı həmkarını üstələyən Mariya Polşada növbəti qızıl medalı hesabına yazıb.

50 kq
Təsnifat: Mariya Stadnik - Emiliya Alina Vuk (Rumıniya) 12:2
1/4 final: Mariya Stadnik - Erin Qolston (ABŞ) 10:0
1/2 final: Mariya Stadnik - Mariya Tiumerekova (Rusiya) 11:1
Final: Mariya Stadnik - Oksana Livaç (Ukrayna) 9:4