"Sabah"ın qapıçısı Saşa Stamenkoviç karyerasını bitirməyə hazırlaşır.

Bununla bağlı Rekord.az-a maraqlı məlumat daxil olub.

Düzdür, qapıçının zədəsi var və oynamaması bununla bağlıdır. Lakin yaç da öz sözünü deyir. Gələn il 37 yaşını qeyd edəcək serbiyalı həm də artıq çəkidən əziyyət çəkir. Buna görə də mövsümün sonunda karyerasını bitirməyi düşünür. Onun qalıb "Sabah"da məşqçi işləməsi də istisna edilmir.