“Sabah” serbiyalı qapıçısı Saşa Stamenkoviçlə yeni müqavilə bağlamağa hazırlaşır.
Rekord.az xəbər verir ki, Saşanın klubla müqaviləsi mövsümün sonunda başa çatır.
Lakin 35 yaşlı əlcək sahibinin oyunu məşqçilər korpusunu qane etdiyi üçün onunla əməkdaşlığa davam ediləcək.