"Neftçi"dən ayrılan Voislav Stankoviçin karyerasını Azərbaycanda davam etdirmək istəyi haqda məlumat vermişdik.

 

Rekord.az xəbər verir ki, futbolçu bir müddət "Səbail"lə danışıq da aparıb.

 

Lakin son anda keçid baş tutmayıb. Saytımıza daxil olan məlumata görə, futbolçu ən azı "Neftçi"də aldığı maaş qədər maaş tələb edib. "Səbail" isə futbolçunun yaşını əsas gətirərək daha az maaş təklif edib. Məhz bu səbəbdən danışıqlar müsbət yekunlaşmayıb.