Futbol üzrə İngiltərə milli komandasının sabiq futbolçusu Daniel Starricin yeni klubu məlum olub.

Rekord.az xəbər verir ki, 32 yaşlı hücumçu “Pert Qlori” klubuna keçib.

Bu barədə Avstraliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Starriclə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

“Aston Villa”nın yetirməsi olan Starric daha əvvəl İngiltərədə “Mançester Siti”, “Bolton”, “Vest Bromviç”, “Çelsi” və “Liverpul” kimi komandalarda çıxış edib. Hücumçu son olaraq Türkiyə “Trabzonspor”unun formasını geyinib.

Starric 2020-ci ilin martından klubsuz idi.