
Startda məğlubiyyət
- 27 Apr 2025 18:00
- 45
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı bu gün başa çatacaq.
Rekord.az xəbər verir ki, yarışın son günündə Azərbaycan yığması qarışıq komandaların mübarizəsinə qatılıb.
Cüdoçularımız 1/8 final mərhələsində Gürcüstan millisinə məğlub olublar – 0:4. Günel Həsənli (70 kq), Zelim Kotsoyev (100 kq), Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) üçün qarşılaşmalar uğursuz alınıb.
Cüdoçularımız turnirin fərdi yarışlarında 5 medal (1 gümüş, 4 bürünc) qazanıblar. Zelim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medala layiq görülüblər.