Rahim Sterlinq böyük ehtimalla növbəti mövsümə “Mançester Siti”də başlamayacaq.

Rekord.az xəbər verir ki, rəhbərlik artıq yarımmüdafiəçinin satış qiymətini müəyyənləşdirib.

Yerli mətbuatın xəbərinə görə, MS 27 yaşlı oyunçu üçün 64 milyon avro qazanmaq istəyir. Futbolçunun Londona yollanmaq şansı var. Rahim ilə “Çelsi”nin baş məşqçisi Tomas Tuxel şəxsən maraqlanır.

Sterlinq ötən mövsüm “Siti”nin heyətində 47 oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə edib. İngilis futbolçunun klubu ilə müqaviləsinin müddəti 2023-cü il iyunun 30-na qədərdi.