Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlassın Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk matçından əvvəl mətbuat konfransı keçirilib.

Rekord.az xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə bunları deyib:

- İlk Avropa təcrübənizdir. Oyuna necə hazırlaşmısız? 
- "Qarabağ"ı təhlil etmişik. Avropada kifayət qədər məşhur komandadır. Sabah bizi möhtəşəm oyun gözləyir.

- İddialı açıqlamalar vermisiz. Bu əminlik nədən irəli gəlir?
- Hər iki komandanın şansları eynidir. "Qarabağ"a hörmətlə yanaşırıq. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.

- Azərbaycan futbolu və "Qarabağ" haqda nə dərəcə məlumatlısız?
- "Qarabağ"ın son oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var.

- "Qarabağ"ın son illərdə avrokuboklarda mütəmadi çıxışı sizi narahat etmir?
- "Qarabağ" Avropada tanınan komandadır. "Aberdin" də Avropada məşhurdur. Narahatlıq yoxdur. İkinci oyunumuz da var və Şotlandiyada oynanılacaq. 

- Bakıdakı havadan narazı deyilsiz?
- Hava öyrəşmədiyimiz dərəcədə istidir. Amma oyun axşam saatlarında olacaq.

- Abdullah Zubir haqda fikirləriniz nədir?
- Zubirlə yanaşı, "Qarabağ"ın daha bir neçə futbolçusunu fərqləndirərdim. Kadi Borges, Filip Ozobiç, Ramil Şeydayevi deyə bilərəm.