Xəbər verdiyimiz kimi, bu gün Avro-2024-ün seçmə qrup oyunu çərçivəsində Azərbaycan millisi səfərdə İsveçin qonağı olacaq.

Rekord.az xəbər verir ki, oyun öncəsi yaşanan bir məqam çətin ki, milli üzvlərinin üzrəyincə ola.

İş ondadır ki, son günlər İsveçdə havalar soyuq keçir və dünən gecədən matçın oynanılacağı Stokholma qar yağmağa başlayıb. Əgər gün boyu qar dayanmadan yağsa və oyun saatlarında da bu, müşayət olunsa, millimiz üçün daha bir problem ortaya çıxacaq. Çünki bizim əksər futbolçular bu tip havada oynamağa öyrəşməyib və Şimal təmsilçisi olan fiziki baxımdan daha hazırlıqlıq isveçlilər üçün belə havada oynamaq əlavə bir üstünlük olacaq.