Stolüstü tennisçilərdən beynəlxalq yarışda 10 medal
- 18 Mar 2024 13:40
- 186
Azərbaycan stolüstü tennisçiləri Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar.
Rekord.az Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri Nevşehirdə təşkil olunan turnirdə müxtəlif yaş kateqoriyalarında iştirak ediblər.
Yarışın ilk günlərində U-13 komandası 2-ci, U-15 isə 3-cü yeri tutub. İdmançılarımız yarışın son günlərində daha 8 mükafata layiq görülüblər.
Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub.
Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yerlə kifayətlənib. Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Beləliklə, komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.