Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyədə təlim-məşq toplanışı keçirəcəklər.

Rekord.az xəbər verir ki, milli komandanın 12 üzvü bu məqsədlə Yalova şəhərinə yollanıb.

Onlar məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında noyabrın 11-20-si aralığında toplanışda olacaqlar. Fiziki və taktiki-texniki keyfiyyətlərin yüksəldilməsi məqsədi ilə təşkil olunan hazırlıq prosesində yerli idmançılarla görüşlər də nəzərdə tutulub.

Mütəmadi şəkildə həyata keçirilən bu cür toplanışlar qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.