AFFA-nın Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı mütəxəssis Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Astana” (Qazaxıstan) –  “Buduçnost” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.

Görüş sentyabrın 17-də Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək.