Stuxlik Bolqarıstan - İsveçrə matçına təyinat aldı
- 11 Mar 2021 16:46
- 699
AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, avstriyalı mütəxəssis dünya çempionatının seçmə mərhələsinin Bolqarıstan - İsveçrə oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma martın 25-də Sofiyadakı Vasil Levski Milli Stadionunda keçiriləcək.