"AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin müqaviləsi 2021-ci ilin sentyabrında başa çatacaq. Mövsüm bitəndən sonra 2 ay ərzində bu məsələyə baxılacaq və əlavə məlumat olacaq".

Rekord.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yaxınlarda keçirdiyi onlayn mətbuat konfransında belə bir açıqlama ilə çıxış etmişdi.

O bildirmişdi ki, sədr olaraq, 4 illik dövr təsdiq olunur: "İcraiyyə Komitəsi tərəfindən Stuxlik təsdiqlənib. Müqavilə ilə bağlı müəyyən problemlər yaransa, müzakirə olunacaq.

Müqaviləyə hər iki tərəf xitam verə bilər. 4 il müddətində hər il müqavilə avtomatik olaraq uzadılır. Bunun üçün İcraiyyə Komitəsinin iclasına ehtiyac yoxdur".

Xəbəriniz olsun ki, artıq avstriyalı ilə yeni anlaşma əldə edilib. Stuxlikin maaşı 25 min dollar olaraq müəyyənləşdirilib.

AFFA sözləşməyə birtərəfli qaydada xitam verərsə, ona kompensasiya ödəməlidir. Bu məbləğ isə onun illik əməkhaqqısına bərabərdir. (sportinfo.az)