Yaxın zamanlara kimi Premyer Liqanın ən perspektivli hakimlərindən sayılan Rəvan Həmzəzadə Frits Ştuxlikin gəlişindən sonra "qara siyahı"ya düşüb.

Rekord.az xəbər verir ki, avstriyalı Rəvana Premyer Liqada demək olar ki, oyun vermir.

Səbəb kimi isə onun normativi yerinə yetirə bilməməsini göstərir.

Qeyd edək ki, Şəkidən olan Həmzəzadə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla həmyerlisdir.