AFFA Hakimlər və Hakim-inspektorlar Komitəsinin sədri Frits Ştuxliklə bağlı xoş olmayan məlumatlar gəlməkdə davam edir.

Rekord.az-a daxil olan son məlumata görə, avstriyalı komitə sədri hakim-inspektorların işinə kobud şəkildə müdaxilə edir, onları saxtakarlığa sövq edir.

Məsələn, Ştuxlikin sevimlisi olan hansısa cavan hakim idarə etdiyi oyunda kobud səhvə yol verir və hakim-inspektor buna görə ona aşağı qiymət yazır. Daha sonra bununla bağlı raport hazırlayaraq onu Ştuxlikə təqdim edir. Avstriyalı sevimli hakiminə aşağı qiymət yazıldığını görüncə, həmin hakim-inspektora raportu aparıb təzələməyi və hakimə yüksək qiymət yazmağı tələb edir. Buna əməl etməyən hakim-inspektorlara növbəti turda təyinat yazılmırdı. Buna görə də hakim-inspektorlar məcbur qalıb rabortlarını dəyişməli olur. Nəticədə kobud səhvə yol verən hakim növbəti turda yenidən təyinat almış olur.