AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti dəfə hakim-inspektorlara hədə-qorxu gəlib.

Rekord.az-a daxil olan məlumata görə, o, hakim-inspektorlara getdikləri oyunlardakı hakim idarəçiliyinə özbaşına qiymət yazmamağı tapşırıb.

Halbuki, normalda hakim-inspektor fəaliyyətində sərbəstdi və hakimin idarəçiliyi zəif olarsa, ona zəif qiymət yazmalıdır. Lakin Ştuxlik bütün hallarda bunu qadağan edib. Hakim-inspektorlara da tapşırıb ki, qiymət yazanda mütləq onunla məsləhətləşsinlər. Çünki hakimlər arasında Ştuxlikin sevimliləri var və istəmir ki, həmin hakimlərə aşağı qiymət yazılsın. Hətta fakt olub ki, həmin hakimlərə aşağı qiymət yazan hakim-inspektordan raportunu dəyişdirmək tələb olunub. Avstriyalının tələbini pozanlar AFFA-dan kənarlaşdırılmaqla hədələnib.