AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik Premyer Liqaya təyinat alan hakimləri qorxaqlıqda suçlayıb.

Rekord.az xəbər verir ki, avstriyalı funksioner ilk turlarda meydana çıxan «fit sahibləri»nin məşqçtlərə münasibətindən narazı qalııb.

O, iddia edib ki, əksər çalışdırıcılar oyun vxtı texniki zona qaydalarına məhəl qoymur. Stuxlik bildirib ki, hakimlər təlimata riayət etməyən məşqçilərə cəza verməkdən çəkinir.

Sədr ad çəkməsə də, «ədalət təmskilçiləri»nin bəzi mütəxəssislərin nüfuzu qarşısında «əridiyini» deyib. (sportinfo.az)