Stuxlik onları təkrar imtahanda da “kəsdi”: Siyahıda Asim Xudiyev də var
- 20 Fev 2020 15:00
- 1062
AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik imtahandan kəsilən hakim-inspektorları yenidən sınayıb. Test tapşırıqlarından üzüqara çıxanlar növbəti dəfə özlərini sübut etməyə çalışıb.
Rekord.az xəbər verir ki, ötən ay keçirilən seminardan sonra Anar Salmanov, Babək Quliyev, Asim Xudiyev, Zöhrab Qədiyev və Fazil Mürşüdov kəsilmişdi.
AFFA rəhbərliyinin təkidi ilə onlar təkrar imtahana cəlb edilib. Xudiyev, Qədiyev və Mürşüdov ikinci imtahanda da Stuxlikdən yaxşı qiymət almayıb və onların ən azı mövsümün sonunadək təyinat almayacağı dəqiqdi.
Beynəlxalq dərəcəli hakim-inspektor olan Asim bəyin məsələsi tam dəqiqləşməyib. AFFA rəhbərliyi avstriyalıdan ona güzəşt etməsini istəyir. Beynəlxalq oyunlara təyinatların dayanmaması üçün Xudiyevlə fərqli davranılması istənilir. Mürşüdovla Qədiyev isə talelərini özləri müəyyənləşdirməlidi.
Stuxlikin Xudiyevlə bağlı qərarı tezliklə bilinəcək. Salmanovla Quliyevin taleyi isə naməlumdu. Digərlərinə imtahandan keçmədikləri bildirilsə də, bu cütlüklə bağlı hər şey məxfi saxlanılır. Qalmaqalçı kimi tanınan sabiq FİFA referilərininməsələsi kabinetlərdə həll olunacaq.