Frits Ştuxlik Hakimlər Komitəsinə rəhbər təyin olunandan bəri demək olar ki, mətbuata müsahibə verməyib.

Rekord.az-a AFFA-ya yaxın mənbələrdən daxil olan məlumata görə, avstriyalı şəxsən özü bunu istəmir.

Deyilənə görə, Ştuxlik federasiyanın mətbuat xidmətinə tapşırıb ki, onunla müsahibə istəyən media nümayəndələrinə hansısa bəhanə ilə imtina cavabı verilsin. Avstriyalı sədr eyni zamanda yerli telekanallardan gələn təklifləri də geri çevirir.