Ştuxlik Rəhim Həsənovu hansı bəhanə ilə Premyer Liqadan uzaqlaşdırıb?
- 18 May 2021 13:00
- 672
Frits Ştuxlik AFFA Hakimlər Komitəsinə sədr gələndən sonra sabiq sədr Xaqani Məmmədovun kadrlarını bir-bir sıradan çıxartmaqla məşğuldur. Ömər Paşayev, Orxan Məmmədov, Rəvan Həmzəzadə, İnqilab Məmmədov və s. Yalnız Əliyar Ağayevə stabil olaraq təyinat verir ki, bu da Ağayevin FİFA referisi kimi, nisbətən yüksək statusa sahib olması ilə bağlıdır. Yəni ən azı öz maraqları üçün Ağayevlə münasibəti yaxşı saxlamağa çalışır.
Rekord.az xəbər verir ki, avstriyalının ilk gündən “qara siyahı”ya saldığı hakimlərdən biri də Rəhim Həsənovdur.
Onunla yola getməyən Ştuxlik demək olar ki, Həsənova Premyer Liqada oyun vermir. Səbəb kimi isə, Rəhimin normativləri verə bilməməsini göstərir. Hansı ki, Ştuxlikin özünün sevimli hakimlərindən elələri var ki, onlar da normativləri tam verə bilməməsinə baxmayaraq, onlara güzəşt edilir və Premyer Liqa oyunlarına, kubok matçlarına təyinat alır.