"Keşlə" - "Sabah" matçında kobud səhvə yol verən və "Sabah"ın təmiz penaltisini verməyən görüşün baş hakimi Rəşad Əhmədov ciddi cəza almayacaq.


Rekord.az-a daxil olan məlumata görə, hakimlər komitəsinin sədri Ştuxlik, ümumiyyətlə, səhv edən hakimlərin cəzalandırılmasını düzgün saymır.


Sadəcə, hakimə səhvini izah edir, proflaktik söhbət aparır, vəssalam. Ştuxlik yalnız prinsip apardığı hakimləri bir bəhanə ilə cəzalandırır. Sözünə baxan hakimlərə gözün üstə qaşım var demir. Bildiyiniz kimi, bu yaxınlarda kobud səhv edən başqa bir hakim, Rauf Cabbarov da demək olar ki, cəzasız qalmışdı.