Cari mövsüm kifayət qədər hakim səhvləri olsa da, demək olar ki, ciddi şəkildə cəzalanan hakim yoxdur.


Rekord.az-a daxil olan məlumata görə, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik səhv edən hakimlərə bilərəkdən cəza vermir.


Əksinə, həmin hakimləri dəstəkləyir. Bunun səbəbini isə Azərbaycan çempionatında VAR sisteminin olmaması ilə izah edir. Bir növü bu yolla AFFA rəhbərliyinə təzyiq edir ki, VAR-ın daha tez tətbiqinə nail olsun.