Bu gün “Neftçi” klubunun inzibati binasında AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin iştirakı ilə əsas komandanın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Rekord.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Tədbirdə “Neftçi”nin üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.