AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik hakimliyin inkişafı ilə bağlı bir iş görməsə də başqa işlərdəki "hoqqa"ları göz qamaşdırır.

 

Rekord.az-a avstriyalının həmin işləri barədə maraqlı məlumatlar daxil olub.

 

Böyük məbləğdə məvacib alan Ştuxlik Azərbaycandakı günlərini kef-damaq içində keçirir. Məsələn, onun səsi tez-tez İçərişəhərdəki qədim hamamlardan, saunalardan gəlir. Əldə etdiyimiz məlumata görə, bəzi gənc hakimləri də özü ilə həmin saunalara aparır. Birlikdə dincəlir, kef çəkirlər. Əslində hamama, saunaya getmək olar, burda pis bir şey yoxdur. Hakimlər də insandılar və gedib hardasa dincələ bilərlər. Amma maraqlıdır ki, Ştuxlik bu tip məsələlərdə də ayrıseçkilik edir. Yəni bir qrup hakimə xüsusi münasibət göstərir, onları özü ilə kef-damağa, saunaya aparır və ən çox təyinatları da həmin hakimlərə verir. Bu məqam isə AFFA daxilində digər hakimlər tərəfindən ciddi narazılıqla qarşılanıb. Deyilənə görə, bu narazılıq Elxan Məmmədovun da qulağına gedib çatıb.