Uruqvay millisinin hücumçusu Luis Suarez "Nasyonal"dan ayrılmağa hazırlaşır.

Rekord.az "The Mirror"a istinadən xəbər verir ki, təcrübəli forvard dünya çempionatından sonra Uruqvay klubu ilə yollarını ayıracaq.

35 yaşlı hücumçunun "Nasyonal"la müqaviləsi 2022-ci ilin sonunda başa çatacaq. O, Montevideo klubu ilə müqavilə müddətini artırmayacaq.

"Aston Villa", "Vulverhempton", "Nitsa", "Marsel" və "Ayaks" onu heyətinə qatmaq istəyir.