Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu karyerasına Kataloniya təmsilçisində davam etmək üçün ehtiyat oyunçular arasında qalmağa belə razı olduğunu deyib:

“Karyeramın bu hissəsində ehtiyat oyunçular arasında olmağı qəbul edə bilərəm. Düşünürəm ki, hələ də bu kluba verə biləcəyim çox şey var. Start heyətə görə rəqabət hər komanda üçün keçərlidir. Yeni baş məşqçimiz Ronald Kuman ehtiyatda qalmağımı istəyərsə, bu, mənim üçün problem olmaz".

Qeyd edək ki, mətbuatda L.Suaresin “Barselona”dan ayrılacağı haqda xəbərlər yayılmışdı. Onunla “Ayaks”ın yaxından maraqlandığı bildirilmişdi.