“Barselona”dan “Atletiko”ya transfer olunan Luis Suares Kataloniya klubu ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, uruqvaylı hücumçu sosial şəbəkə hesabında paylaşım edərək, komandadan ayrılmağın çətin oluğunu bildirib:

“Əlvida demək çox çətindir. “Barselona”da keçirdiyim 6 ildən sonra qürurlu bir şəkildə ayrılıram. Getmək zamanının gəldiyini bilirəm. “Barselona”ya minnətdaram. Bu şəkildə ayrılmağı qəbul etdim. Yeni macəralara köklənməliyəm. Kumanın qərarını çoxdan qəbul etmişdim. Ən əsası isə "Barselona" rəhbərliyi Kumanın məni komandada görmək istəmədiyini deyəndə artıq bir çox transfer təklifi almışdım. Amma yenə də La Liqada çıxış edib, mübarizə apara biləcəyimi fikirləşirdim. "Barselona"da üzərimə düşən məsuliyyəti yerinə yetirdiyimi düşünürəm".

Xatırladaq ki, Suares 2014-cü ildən "Barselona"da oynayırdı.