Şuaybu "Kəpəz"də bu maaşa oynayır
- 09 Avq 2023 14:00
- 1189
Məlum olduğu kimi, ötən mövsüm başa çatandan sonra Şuaybunun da "Kəpəz"dən getmək ehtimalı var idi.
Lakin Rekord.az xəbər verir ki, yeni baş məşqçi Azər Məmmədovun istəyi ilə bu futbolçu komandada saxlanıldı.
Düzdür, onun klubla müqaviləsi də var idi. Orada isə futbolçunun aylıq maaşı 1000 manat göstərilmişdi. Lakin yeni mövsüm öncəsi futbolçunun ötən mövsümdəki xidmətlərini nəzərə alan rəhbərlik onun maaşını 3 dəfə artıraraq 3 min manata çatdırdı.