Sulşer "Lester"ə məğlubiyyəti şərh etdi
- 23 Mar 2021 15:38
- 561
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsində “Lester”ə məğlub olduqları görüşdən sonra fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, norveçli mütəxəssis 1:3 hesabıyla bitən görüşü belə şərh edib:
“Oyunda bir qığılcım yox idi. Son 3-4 aydır ki, möhtəşəm oynayırdıq. Sıx qrafikə baxmayaraq, yaxşı formada idik. Artıq futbolçular da yorulmağa başlayıb.
Bərabərlik qolundan sonra oyunun nəzarətini ələ almaq istədik. Güclü komandaya qarşı kifayət qədər yaxşı oynamadıq”.