Sulşer Makuayerin durumu barədə danışdı
- 17 May 2021 16:00
- 668
"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer zədəli futbolçusu Harri Makuayerin durumu barədə danışıb.
Rekord.az xəbər verir ki, 48 yaşlı mütəxəssis deyib:
"Harri "Mançester Yunayted"in lideridir. O, bizim kapitanımızdır. Daim yüksək səviyyədə oynayır. Hazırda onun yoxluğu mənim üçün böyük problemdir. Amma inanıram ki, Avropa Liqasının finalına qədər sağalacaq. Harriyə lazım olan qədər vaxt verəcəyəm".
Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasının finalında "Vilyarreal"la qarşılaşacaq. Görüş mayın 26-da keçiriləcək.